İsmayıllıda ot daşıyan yük maşını yanıb

Hadisə

05.07.2021 - 01:17

Həkimlər Klinikalar SEO Xidməti

Hadisə nəticəsində sürücü xəsarət alıb

 

İsmayıllı rayonu ərazisində yük maşını yanıb. AYNA-nın APA-ya istinadən məlumatına görə, hadisə dünən saat 19:30 radələrində İsmayıllı - Lahıc yolunun Gəndov kəndi ərazisində qeydə alınıb.

 

Sürücü Şaiq Muradov yol istismar idarəsinə məxsus “Tatra” markalı yük maşını ilə ot daşıyarkən qəflətən avtomobildə yanğın başlayıb. Alov qısa vaxtda avtomobilin salonuna və yük yerinə keçib.

 

Yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin iki yanğınsöndürən avtomobili və canlı qüvvəsi cəlb olunub. Hadisə zamanı avtomobil, yük yerindəki 200 ədəd ot bağlaması tamamilə yanıb, sürücü Şaiq Muradov yanıq xəsarətləri aldığı üçün İsmayıllı rayon Mərkəzi Xəstəxanasına aparılıb.

 

İlkin məlumata görə, avtomobilin yük yerinə çoxlu sayda yığılan ot bağlamaları kənddə elektrik naqillərinə toxunub, baş verən qısaqapanma nəticəsində yanğın başlayıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş