İsmayıllıda 47 yaşlı kişi maşınında güllələnərək öldürülüb

Hadisə

07.05.2020 - 17:56

Həkimlər Klinikalar SEO Xidməti

Hadisəni törədənin kimliyi hələlik müəyyənləşməyib

 

İsmayıllı rayonunda qətl hadisəsi baş verib. AYNA-nın APA-ya istinadən xəbərinə görə, bu gün rayonun Mişgəmirli kəndində kənd sakini, 1973-cü il təvəllüdlü Soltanov Ağasəf Murtuz oğlu ov tüfəngindən açılan atəş nəticəsində qətlə yetirilib.

 

Onun öz maşınında öldürüldüyü deyilir. Hadisəni törədənin kimliyi hələlik müəyyənləşməyib.

 

Meyit müayinə üçün Respublika Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin İsmayıllı rayon şöbəsinə gətirilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş