İsmayıllı sakinindən narkotiklə silah götürülüb

Hadisə

13.02.2021 - 11:17

Elşən Hüseynov polislər tərəfindən şübhəli şəxs qismində saxlanılıb

 

İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs tutulub.

 

AYNA xəbər verir ki, rayonun Topçu kənd sakini Elşən Hüseynov polislər tərəfindən şübhəli şəxs qismində saxlanılıb. Həmin şəxsin kənd ərazisində yaşadığı ünvana baxış keçirilən zaman şüşə və plastik qablarda 1 kiloqram 300 qrama yaxın qurudulmuş marixuana, həmçinin müvafiq sənədləri olmadan qanunsuz olaraq saxladığı “İJ” markalı ov tüfəngi və həmin silaha aid 10 ədəd patron aşkar edilərək götürülüb.

 

Faktla bağlı İsmayıllı Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Müəllif: Ayna.az