İslamçılar Hamburqda etiraz aksiyası keçiriblər

Dünya

13.10.2024 - 14:21

Həkimlər Klinikalar SEO Xidməti

2000-dən çox şəxs “dünya xilafətinin” yaradılmasını tələb edib

Almaniyanın şimalında, Hamburqda əsasən Livan, Türkiyə, Əfqanıstan və Fələstin Muxtariyyətindən olan miqrantlardan ibarət 2000-dən çox şəxs aksiya keçirib. AYNA “Bild”ə istinadən bildirir ki, etirazçılar Almaniya və Avropa torpaqlarında “dünya xilafətinin” yaradılması və şəriətin tətbiqini tələb ediblər.

Nümayişin təşkilatçıları Almaniyada qadağan olunmuş “Hizb ut-Təhrir” təşkilatının qolları sayılan “Nəsil İslam” və “Müsəlman İnteraktiv” qrupları olub.

Sünni dini-siyasi təşkilatı “Hizb-ut-Təhrir” (İslam Azadlıq Partiyası) 1953-cü ildə Qüdsdə (o vaxt İordaniyanın nəzarətində idi) Təkiəddin əl-Nəbhani tərəfindən yaradılıb. Təşkilatın filialları Yaxın Şərq və Şimali Afrikada, Cənub-Şərqi Asiya ölkələrində (İndoneziya və Malayziya) və Avropada fəaliyyət göstərir. 1990-2000-ci illərdə təşkilat xüsusilə Mərkəzi Asiya ölkələrində, Rusiya Federasiyasında və Ukraynada fəal olub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş