ABŞ-İran danışıqlarında Hörmüz boğazı, nüvə silahları və sanksiyalar müzakirə edilib
İslamabadda ABŞ və İran nümayəndə heyətləri arasında aparılan danışıqlarda Hörmüz boğazı və digər mövzular müzakirə olunub. AYNA.AZ “Reuters”ə istinadən bildirir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü İsmayıl Bəqayi məlumat verib.
“Tərəflər nüvə məsələləri, müharibə təzminatları, sanksiyaların ləğvi və İrana və regiona qarşı münaqişəyə son qoyulması məsələlərini müzakirə ediblər”, - Beqayi qeyd edib.
Bir müddət əvvəl ABŞ-ın vitse-prezidenti Cey.Di.Vens Amerika nümayəndə heyətinin İranla razılığa gəlmədən vətənə qayıtdığını açıqlayıb.
"Düşünürəm ki, bu, ABŞ-dan daha çox İran üçün pis xəbərdir", - deyə o bildirib.