İşğaldan azad edilmiş bölgələrə hay-küylü tur: <font color=red> “Hər şeyi pula bağlayırsınız”</font>

Cəmiyyət

12.08.2021 - 19:00

Həkimlər Klinikalar SEO Xidməti

Turist səfərlərinin pullu olması cəmiyyətdə birmənalı qarşılanmır: əksəriyyət narazıdır

 

“Biz Ağdamda doğulmuş və təxminən 30 ildir ki, ora gedə bilməyən sakinlərin ziyarətini təşkil edəcəyik”. Bu fikri bugünlərdə Dövlət Turizm Agentliyinin (DTA) sədri Fuad Nağıyev səsləndirib.

 

DTA-nın Regional inkişaf sektorunun müdiri Elgün Cavadov isə bildirib ki, bu ilin əvvəlindən Qarabağ Turizm Marşrutları konsepsiyası hazırlanıb və Ağdama biletlə səfər təşkil ediləcək: “Konsepsiyaya Ağdam və Füzuli-Xocavənd marşrutları daxildir. Ağdama səfər barədə ictimaiyyətə məlumat veriləcək. Çünki iştirakçılıq məsələsi var. Həmçinin biletlərin onlayn və oflayn alınması məsələsi var. Qiymətlərə gəlincə isə hazırda bu barədə müzakirələr aparılır”.

 

Bu xəbər yayımlandıqdan sonra sosial mediada qızğın müzakirələr açıldı. Əksəriyyət işğaldan azad edilmiş rayonlara pullu səfər təşkil edilməsini qınadı.

 

AYNA müzakirələrdə diqqətçəkən fikirləri təqdim edir. Beləliklə:

 

Musa Rüstəmli: “Necə utanmırsınız, deyirəm. Siz onsuz da o torpaqlara turizm obyekti kimi baxırsınız. İndi də 30 ildir həsrət çəkən insanları oraya pulla aparmaq istəyirsiniz. Mən doğma Şuşamı gedib görə bilmirəm, amma dəxlisiz, yersiz adamlar orada poza verib selfi çəkdirir”.

 

Zəminə Baxşəliyeva: ““Dərnəgül” yataqxanasında camaat bir otağın içində istidən qırılır. Onları fikirləşən yoxdur. Bu camaatı köçürün getsinlər yurdlarına. Bunlar necə pul qazanacaqlarını, camaatdan necə pul çıxaracaqlarını düşünürlər”.

 

Ramil Həsənov: “Təklif tələbə hesablanmış maketinq gedişidir. Ölkədə hər şey pula indekslənib. Dəyərlər aradan qaldırıldıqda dövriyəyə qiymətlər girir”.

 

Ziya Abdullayev: “Bu turistik səfərin rəhbəri kimdir? Kim məni öz torpağıma pulla aparır? Öz yurduma pul verib getdiyimdə mina mənə güzəşt edəcək? Belə olmaz! Bilirəm, camaat sevincdən bu məbləği ödəyəcək, amma gəlin, bunların iç üzünü açaq, hər kəs tanısın bunları”.

 

Mehman Quliyev: “Məncə, şəhid, qazi ailələrinə pulsuz olmalıdır. Digər istəyənlərə isə ödəniş az olmalıdır”.

 

Rahim Seyidov: “Bu torpaqlara getməyə siz bilet satasınız deyə millət bu torpaq üçün canından-qanından keçdi, şəhid oldu? Əgər varsa, bir az vicdanınız olsun!”

 

İlqar Əziziov: “Dünyada pul yığmağa görə birinci yerdəyik. Bəs bu qədər şəhid vermişik, onların qanından ayıb deyil? Axı onlar canlarından keçdilər ki, Azərbaycan xalqı öz ərazisini tam bərpa etsin. Sizlər də pul qazanmağa başlamısınız. Elə torpaqlar işğalda olanda ermənilər də turist kimi gedib gəzməyi təklif etmişdilər, fərqi nə oldu?”.

 

Aslan Xudaverdiyev: “Həqiqətən, utanmağı bacarsaydınız, yaxşı olardı. 30 ildir, Qarabağın həsrətindəyik. İndi azad olunub, gedə bilmirik. Heç olmasa, icazə versinlər, mina olmayan yerlərə gedib evimizə baş çəkək”.

 

Taleh Məmmədov: “Turdursa, hamı pulunu verib getməlidir. Hər şeyi qarışdırırsınız. Bakıda yaşayanı Qəbələyə pulsuz aparırlar?”.

 

Sevinc Hümbətova: “Bəlkə dünyanı özümüzə güldürmüyək? İşğaldan azad olunmuş ərazilərə öz sakinləri niyə turist kimi getməlidir, həm də ödənişlə? Bərpadan sonra istirahət üçün nə təşkil olunarsa, kim hara ziyarət etməyi istəyər, oraya da gedər. Amma bu, köçkünlərə aid olmamalıdır. Təhlükəsizliyi təmin olunmuş ərazilər elan olunsun və həmin kəndin, qəsəbənin sakinləri üçün günlər təyin edilsin. Hamı Bakıda yaşamır ki, hərə bir tərəfdən gələ bilər”.

Müəllif: Aləmdə Nəsib

Pin up casino Pin-up casino giriş