İsa Qəmbər Müsavat Partiyasının başqanlığına namizəd olub

Xəbərlər

29.04.2024 - 16:59

Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri namizədliyini irəli sürüb

Müsavat Partiyasının sabiq başqanı, Milli Strateji Düşüncə Mərkəzinin (MSDM) rəhbəri İsa Qəmbər Müsavat Partiyasının başqanlığına namizəd olub. AYNA xəbər verir ki, bu barədə Müsavat Partiyasından bildirilib.

Bundan əvvəl başqan postuna partiyanın vəkil, Müsavat başqanının müavini, Divan üzvü Osman Kazımov və Müsavat Səbail təşkilatının üzvü Natiq Ulubəy namizəd olublar.

Qeyd edək ki, Müsavat Partiyasının XI qurultayı mayın 4-də Suraxanı rayonu, Əmircan qəsəbəsi, Səttar Bəhlulzadə adına Mədəniyyət Evində keçiriləcək.

Müəllif: Ayna.az