İrlandiya Ukraynada sülhməramlı missiyada iştirak etməyə hazırdır

Xəbərlər

02.09.2025 - 17:12

“Dublin Kiyevin Avropaya inteqrasiyasını asanlaşdırmaq üçün digər dövlətlərlə əməkdaşlığı davam etdirəcək”

İrlandiyanın Baş naziri Mixael Martin ölkəsinin Ukraynadakı sülhməramlı missiyada iştirak etməyə hazır olduğunu açıqlayıb. AYNA.AZ xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Martin Ukrayna Prezidenti Volodimir Zelenski ilə telefon danışığı zamanı qeyd edib ki, “İrlandiya “İstəklilərin koalisiyasını”, o cümlədən qeyri-öldürücü hərbi yardım göstərməklə dəstəkləməyə və BMT Nizamnaməsinə uyğun olaraq müvafiq mandat almış sülhməramlı əməliyyatlarda iştirak imkanlarını nəzərdən keçirməyə hazırdır.

O həmçinin vurğulayıb ki, “Dublin Kiyevin Avropaya inteqrasiyasını asanlaşdırmaq üçün digər dövlətlərlə əməkdaşlığı davam etdirəcək”.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş