İrəvanda vətəndaş itaətsizliyi aksiyaları davam edir: küçələr bağlanıb

Dünya

04.05.2022 - 14:56

Həkimlər Klinikalar SEO Xidməti

“Çıxın və ölkəni azad edin”, “Nikol satqındır!” şüarları səslənir

Ermənistanın paytaxtı İrəvanda ictimai itaətsizlik aksiyaları davam edir. AYNA erməni mediasına istinadən bildirir ki, “Gənclərin səsi” hərəkatının üzvləri Nor Nork inzibati rayonunda yolu bağlayıblar. 

Etirazçılar yolun hərəkət hissəsinə əyləşərək onu onu açmaq niyyətində olmadıqlarını bildiriblər. Tıxacda dayanan avtomobillər etirazçılara dəstək siqnalı verib. Etirazçılar "Döyüş!" və “Nikolsuz Ermənistan” şüarları səsləndiriblər. 

Müxalif Respublika Partiyasının fəalları isə İrəvanın Tumanyan küçəsi ilə Xorenasi küçəsinə doğru yürüş ediblər. Yoldan keçənlər də, avtomobil sürücüləri də yürüşə qoşulublar. Nümayişçilər vətəndaşları aksiyalara qoşulmağa çağırıblar: “Çıxın və ölkəni azad edin”, “Nikol satqındır!”.

Fəalların digər hissəsi isə Komitas və Maştots prospektlərini bağlayıb. 

Polis əməkdaşları demək olar ki, bütün istiqamətlərdə aksiyanı dağıtmaqla məşğuldur. Məlumata görə, 24 nəfər saxlanılıb.

Qeyd edək ki, mayın 2-dən Ermənistan paytaxtında müxalifət qüvvələrinin təşkilatçılığı ilə etiraz aksiyaları yenidən başlayıb. İştirakçılar Qarabağla bağlı siyasətə görə hakimiyyətin istefasını tələb edirlər. Etirazçılar vaxtaşırı İrəvanın müxtəlif yerlərində küçələri bağlayırlar. 

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş