Etirazçılar 10 ildir alver etdikləri məkandan çıxarılmalarından şikayətçidirlər
İrəvanda "Rossiya" Ticarət Mərkəzinin işçiləri bu gün etiraz aksiyası keçiriblər. AYNA.AZ erməni mediasına istinadən bildirir ki, etirazçılar illərdir ticarət mərkəzinin birinci mərtəbəsində qızıl-zinət əşyaları satdıqlarını bildiriblər və hazırda oradan çıxarıldıqlarından şikayətləniblər.
Mediada yayılan məlumatlara görə, məkanın sahibi Sukiasyan ailəsi Mərkəzi xarici iş adamına daha sərfəli qiymətə icarəyə verib və işçilərə digər ticarət mərkəzlərinə köçmək təklif edilib.
"Sil" şirkətinin sözçüsü bildirib ki, qanuna uyğun olaraq, birinci mərtəbədəki işçilərə işə qayıtmaq üçün iki ay vaxt verilib, bəzilərinə isə ticarət mərkəzinin boş yerlərində iş təklif edilib. Bu mərtəbədə təmir işləri iki ay ərzində davam edəcək və bundan sonra onun nə üçün istifadə olunacağı hələlik müəyyən edilməyib.