Saxlanılanlardan 28-i cinayət məsuliyyətinə cəlb oluna bilər
İrəvanda Ermənistanın Baş naziri Nikol Paşinyanın istefası tələbi ilə keçirilən etiraz aksiyasının 30 nəfər fəal iştirakçısı polis tərəfindən saxlanılıb.
AYNA erməni mediasına istinadən xəbər verir ki, saxlanılanlardan 28-i cinayət məsuliyyətinə cəlb oluna bilər. Onların işinə İstintaq Komitəsində baxılacaq.
İki nəfərin isə inzibati məsuliyyətə cəlb olunacağı gözlənilir.
Sentyabrın 20-də İrəvan şəhərinin mərkəzində etirazçılarla polis arasında qarşıdurma yaranıb. Nümayişçilər hökumət binasını və polisləri daşa basıblar. Bundan sonra polis fəal etirazçıların həbsinə başlayıb.