İrəvan Zəngəzur dəhlizinə üçüncü tərəfin nəzarət etməsinə razı deyil

Aktual

09.09.2024 - 17:52

Həkimlər Klinikalar SEO Xidməti

Ararat Mirzoyan: “Dəhlizin yaradılması və onun nəzarətinin hər hansı üçüncü tərəfə verilməsini nəzərdə tutan heç nə müzakirə edilmir”

Ermənistan Zəngəzur dəhlizinə üçüncü tərəfin nəzarətini istisna edir. AYNA erməni mediasına istinadən bildirir ki, bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan deyib.

Bir müddət əvvəl Ermənistan Parlamentinin spikeri Alen Simonyan bildirmişdi ki, Zəngəzurda “Azərbaycanla Naxçıvan arasındakı yolun nəzarətinin özəl şirkətə verilməsi Ermənistanın suverenliyini pozmayacaq, lakin hazırda belə bir qərar yoxdur, variant müzakirə olunur”.

“Dəhlizin yaradılması və onun nəzarətinin hər hansı üçüncü tərəfə verilməsini nəzərdə tutan heç nə müzakirə edilmir. Vətəndaşların özlərini təhlükəsiz hiss etmələri üçün qatarda yük və ya sərnişinləri müşayiət edəcək hansısa lisenziyalı özəl mühafizə təşkilatını cəlb etmək olar. Söhbət bundan gedir”, - Mirzoyan vurğulayıb.

Mirzoyan qeyd edib ki, “xətt boyunca - indiki halda dəmir yolu- dövlət və ya özəl olan üçüncü tərəfin olması Ermənistan üçün qəbuledilməzdir”.

Bundan əvvəl Ermənistan Xarici İşlər Nazirliyi Azərbaycanla gələcək nəqliyyat kommunikasiyalarının təhlükəsizliyinin təmin edilməsi funksiyalarının özəl şirkətlərə verilməsi imkanını nəzərdən keçirdiklərini bəyan etmişdi.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş