“Qoca qitə” əlini daşın altına qoymalıdır: <font color=red> İKİNCİ DALĞA</font>

Aktual

20.08.2020 - 15:33

Bəşəriyyət adına eyni səhvləri təkrarlasaq, dünya daha miqyaslı fəlakətlərlə üzbəüz qalacaq

 

Dünyada it yiyəsini tanımır, çox ağır dövrdən keçirik. Hətta, məncə yol ayrıcına çatmışıq – ya dünya yenə əvvəlki səhvlərini təkrar edib, hər ölkə içinə qapanıb, dəyərləri, prinsipləri unudub bəşəriyyəti növbəti fəlakətlərə, regional, və ya bəşəri savaşlara, “hibrid müharibələrə” sürükləyəcəklər, ya da toxunulmaz, ümumbəşəri dəyərləri söykənərək növbəti, daha üst mərhələyə keçəcək.

 

Hələ ki, dünya siyasi “lotuluq” dövrünü yaşayır – siyasi rəqiblərə fiziki, mənəvi, qara PR terroru əsdirən hakimiyyətlər iş başındadı. Bu dönəmdə “Qoca qitə”nin Avropanın üzərinə ciddi iş düşür. Bəşəriyyətin yolunu azmaması üçün əlini daşın altına qoymalı, fəlakətləri önləməlidirlər. Pandemiya, iqtisadi daralma, sosial problemlərin artması dünya miqyasında sərt liderlərə tələbi artırıb, populizmə qapı açıb, içiboş siyasətçiləri önə çıxarıb. Vəziyyət qəlizdi.

 

Uzaq tarixi kənara qoyub 20-ci əsrin ilk yarısına baxsaq, Birinci və İkinci Dünya savaşları öncəsi bənzər durum yaranmışdı. Hər iki halda bəşəriyyət sinifdə qaldı, insanlıq öldü, öldürüldü. İndi bəşəriyyət adına eyni səhvləri təkrarlasaq, dünya daha miqyaslı fəlakətlərlə üzbəüz qalacaq və “hibrid savaşlar”, iqtisadi müharibələr dünyanı uzun zaman çalxalıyacaq. Çünki, bu tipli savaşların nə başlandığı, nə də bitdiyi tarix olmur, daimi prosesə çevrilərək insanlığı içdən məhv edir.

Müəllif: Natiq Cəfərli, REAL təmsilçisi, iqtisadçı-ekspert