“Dekabrın 11-də Hadrut ərazisində atəşkəsin bir dəfə pozulması qeydə alınıb”
Rusiyanın Müdafiə Nazirliyi Qarabağda atəşkəs rejimi ilə bağlı açıqlama yayıb. AYNA-nın xəbərinə görə, məlumatda bildirilib ki, atəşin dayandırılması rejiminə bütün təmas xətti üzrə riayət edilir.
“Dekabrın 11-də Hadrut ərazisində atəşkəsin bir dəfə pozulması qeydə alınıb. Bundan başqa, təmas xətti boyunca atəşkəsə tam riayət edilir. Rusiya sülhməramlılarının hərəkətləri ilə vəziyyətin sonrakı kəskinləşməsinin qarşısı alınıb”, - deyə açıqlamada bildirilib.