Deputatdan DİN-ə çağırış: “Toy videoları araşdırılsın”

Aktual

22.08.2020 - 14:01

Həkimlər Klinikalar SEO Xidməti

Vüqar Bayramov: “AMEA prezidenti ilə sadə vətəndaşın hüquqlarında heç bir fərq yoxdur”

 

“Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Ramiz Mehdiyevin öz bağında nəvəsinə toy mərasimi təşkil etməsi ölkənin ən gündəm məsələlərindəndir. Birmənalı şəkildə, bu hadisə pandemiya dövründə karantin rejimi qaydalarının kobud surətdə pozulmasıdır və başqa heç cür dəyərləndirilə bilməz”.

 

AYNA-nın xəbərinə görə, bu sözləri deputat Vüqar Bayramov deyib. O, bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva dəfələrlə qapalı məkanda təşkil olunan tədbirlərdə tibbi maskadan istifadə etməklə vətəndaşlara nümunə göstəriblər: “Maraqlıdır ki, ölkə rəhbərliyinin karantin və eləcə də pandemiya qaydalarına tam əməl etməsi kontekstində Azərbaycan elminə başçılıq edənlərin bu qaydaları pozaraq daha sonra ona haqq qazandırmağa çalışmalarına nə ad vermək olar?”.

İqtisadçı Vüqar Bayramov 71% səs çoxluğu ilə qalib gəldi, seçicilərə  müraciət etdi

“Daxili İşlər Nazirliyini AMEA prezidentinin təşkil etdiyi toydan yayılan videolar əsasında araşdırma aparmağa və karantin qaydalarını pozan bütün şəxsləri inzibati məlusiyyətə cəlb etməyə səsləyirəm. Qanun hamı üçün eynidir. Burada AMEA prezidenti ilə sadə vətəndaşın hüquqlarında heç bir fərq yoxdur və Daxili İşlər Nazirliyi də məsələyə məhz bu konktestdən yanaşmalıdır”, - deyə millət vəkili qeyd edib.

Müəllif: Ayna.az