Bərham Salih bu postda italiyalı Filippo Qrandini əvəzləyib
İraqın keçmiş prezidenti Bərham Salih BMT-nin qaçqınlar üzrə ali komissarı seçilib. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, Cenevrədə keçirilən seçkilərdə 12 namizəd mübarizə aparıb.
Salih bu postda italiyalı Filippo Qrandini əvəzləyib. O vəzifəsinin icrasına yanvarın 1-də başlayacaq.
Bərham Salihin seçilməsini BMT-nin Qaçqınlar Üzrə Ali Komissarlığı da təsdiqləməlidir.
1960-cı ildə anadan olmuş Bəhram Salih Londonda mühəndislik təhsili alıb. O 2018-2022-ci illərdə İraq Prezidenti olub.