İraqdakı ABŞ hərbi bazası raket atəşinə tutulub

Dünya

25.10.2023 - 08:51

cedabet dərman SEO Xidməti

Dağıntı və ya tələfat barədə məlumat verilməyib

İraqın qərbindəki Ənbar əyalətində ABŞ-nin Ayn əl-Əsəd hərbi bazasına raket zərbəsi endirilib.

AYNA-nın məlumatına görə, bu barədə mənbəyə istinadən "AlHadath" telekanalı məlumat yayıb.

Dağıntılar və ya tələfat barədə məlumat yoxdur.

Qeyd edək ki, bir gün əvvəl ABŞ dövlət katibi Antoni Blinken İraqın Baş naziri Məhəmməd əl-Sudani ilə hərbi bazalarına hücumları müzakirə edib.

Blinken Baş nazirdən hücumların arxasında duranların mühakimə olunmasını və İraqın bu ərazilərdə təhlükəsizliklə bağlı öhdəliklərinin yerinə yetirilməsini təmin etməyə çağırıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş