İraqda 6 terrorçu məhv edildi

Dünya

26.11.2019 - 03:14

"İŞİD üzvülərinin fəaliyyətlərinin qarşısı tamamilə alınıb”

 

İraqın Kərkük vilayətində İŞİD terrorçularına qarşı hava əməliyyatı keçirilib. AYNA xarici mətbuata istinadən xəbər verir ki, əməliyyat nəticəsində İŞİD üzvü olan 6 terrorçu məhv edilib.

 

Kərkük Təhlükəsizlik Qüvvələrinin rəhbəri Əli Kamal bölgədə kəşfiyyat fəaliyyətlərini genişləndirdiklərini vurğulayıb: “Kərkük Əməliyyat Komandanlığı bölgədəki kəşfiyyat fəaliyyətlərini genişləndirdiyi üçün İŞİD üzvülərinin fəaliyyətlərinin qarşısı tamamilə alınıb”.


Qeyd edək ki, 2014-cü ilin iyun ayından etibarən terror təşkilatı Mosul şəhəri başda olmaqla İraq ərazisinin üçdə birini ələ keçirmişdi. Lakin 2017-ci ilin dekabr ayından etibarən İraq təhlükəsizlik qüvvələri işğal olunmuş ərazilərin böyük hissəsini İŞİD-dən geri almağa müvvəfəq olmuşdu.

 

Müəllif: Mərahim Nəsib

Pin up casino Pin-up casino giriş