İranın yeni Ali Rəhbərinin adı Avropa sanksiyaları siyahısında yoxdur

Dünya

10.03.2026 - 10:11

Ənvər əl-Ənuni: "Aİ-nin sanksiya siyahısı nəzərdən keçirilməyə açıqdır”

“İranın yeni Ali Rəhbəri Müctəba Xameneyinin adı Avropa İttifaqının sanksiya siyahısında yoxdur”. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu sözləri Aİ-nin  Xarici İşlər Xidmətinin sözçüsü Ənvər əl-Ənuni deyib.

O brifinqində söyləyib ki, "Aİ-nin sanksiya siyahısı nəzərdən keçirilməyə açıqdır. Müctəba Xameneyi hazırda Avropa sanksiyaları altında deyil”.

“Sanksiya siyahılarına şəxsin əlavə edilməsi qərarı Aİ Şurasının məsuliyyətidir və bütün 27 üzv dövlət tərəfindən yekdilliklə qəbul edilir”, Əl-Ənuni qeyd edib

Qeyd edək ki, dünən İran İslam Respublikasının Ekspertlər Şurası ABŞ-İsrail birgə hücumu ilə öldürülən Ayətullah Əli Xameneyinin oğlu Müctəba Xameneyinin ölkənin yeni Ali Rəhbəri seçildiyini elan edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş