İranın Parisdəki müvəqqəti işlər vəkili Fransa XİN-ə çağırılıb

Dünya

09.01.2023 - 23:35

Həkimlər Klinikalar SEO Xidməti

Fransa Xarici İşlər Nazirliyi məlumat yayıb

Fransa Xarici İşlər Nazirliyi İranın Parisdəki müvəqqəti işlər vəkilini çağırıb və orada baş verən edamlarla bağlı diplomata kəskin etiraz bildirilib.

AYNA xəbər verir ki, bu barədə Fransa Xarici İşlər Nazirliyi "Twitter"də məlumat yayıb.

Qeyd edək ki, yanvarın 7-də İran iğtişaşlar zamanı Bəsic İslam milislərinin bir üzvünü öldürməkdə təqsirli bilinən iki nəfərə qarşı edam hökmünü icra edib.

Avropa İttifaqı artıq İran rəhbərliyinin hərəkətlərini pisləyib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş