İrandan Azərbaycana uyuşdurucu gətirən şəxs saxlanılıb

Xəbərlər

16.08.2024 - 10:50

Onun narkotiki İran vətəndaşı vasitəsilə ilə satmaq üçün ölkəyə keçirdiyi müəyyənləşib

Bərdə Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində 4 kiloqram marixuana dövriyyədən çıxarılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Bərdə regional qrupundan AYNA-ya verilən məlumata görə, tədbirlər zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Fərid Mamedovdan 4 kiloqramdan artıq marixuana aşkarlanıb.

F.Mamedovun narkotiki şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı vasitəsilə ilə satmaq üçün ölkəyə keçirdiyi müəyyən olunub.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş