İrandan atəşkəs və Hörmüz boğazı barədə açıqlama

Dünya

08.04.2026 - 11:59

“İki həftə müddətində Hörmüz boğazından təhlükəsiz keçid mümkün olacaq”

İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ və İsraillə atəşkəslə bağlı açıqlama yayıb. AYNA.AZ xəbər verir ki, Əraqçi açıqlamasında yazıb: “Pakistan Baş nazirinin qardaşcasına müraciətinə, ABŞ-ın 15 maddəlik təklifləri əsasında danışıqlar çağırışına və ABŞ prezidentinin İranın 10 maddəlik təkliflərinin ümumi qəbulunu danışıqların əsası kimi elan etməsinə cavab olaraq, İranın Ali Milli Təhlükəsizlik Şurası adından bəyan edirəm:

- Əgər İran İslam Respublikasına qarşı hücumlar dayandırılarsa, güclü silahlı qüvvələrimiz də müdafiə xarakterli əməliyyatlarını dayandıracaq.

- İran silahlı qüvvələri ilə koordinasiya şəraitində və mövcud texniki məhdudiyyətlər nəzərə alınmaqla, iki həftə müddətində Hörmüz boğazından təhlükəsiz keçid mümkün olacaq”.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş