Ölənlər arasında polis əməkdaşlarının da olduğu bildirilir
Çərşənbə günü axşam İranın Xuzistan əyalətinin İze şəhərində bazarda naməlum şəxslər tərəfindən açılan atəş nəticəsində azı 5 nəfər ölüb, eyni sayda insan yaralanıb.
AYNA xəbər verir ki, bu barədə İranın IRNA dövlət agentliyi məlumat yayıb.
Onun məlumatına görə, ölənlər arasında polis əməkdaşları da var.
Agentlik hadisəni terror aktı adlandırıb.