İranda polisləri öldürməkdə ittiham olunan üç etirazçı edam edilib

Dünya

19.03.2026 - 14:55

Onlar həmçinin İsrail və ABŞ-ın maraqlarına uyğun hərəkət etməkdə ittiham olunublar

Yanvar ayında İranda baş verən etiraz aksiyalarında iki polisi öldürməkdə ittiham olunan üç nəfər edam edilib. AYNA.AZ xəbər verir ki, bu barədə İranın “Tasnim” xəbər agentliyi məlumat yayıb.

Təqsirləndirilən şəxslər 7 yanvar 2026-cı ildə Qum əyalətində hökumət əleyhinə nümayişlər zamanı hüquq-mühafizə orqanlarının əməkdaşlarının qətlində günahlarını etiraf ediblər. Onlar həmçinin İsrail və ABŞ-ın maraqlarına uyğun hərəkət etməkdə ittiham olunublar. Bu fəaliyyətin mahiyyəti açıqlanmayıb.

Qeyd edək ki, İranda hökumət əleyhinə etirazlar 29 dekabr 2025-ci ildə İran rialının kəskin şəkildə düşməsindən sonra başladı və əksər böyük şəhərlərə yayılıb. Ən azı 40 hüquq-mühafizə orqanı əməkdaşı öldürülüb.

Daha əvvəl bildirilirdi ki, 8-9 yanvar tarixlərində İranda baş verən etirazlar zamanı 30 mindən çox insan həlak olub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş