İranda polis bölməsinə silahlı hücum olub, yaralanan var

Dünya

03.11.2022 - 01:25

Həkimlər Klinikalar SEO Xidməti

Polis əməkdaşları hücum edən şəxslərə cavab atəşi açıb

İranın Sistan və Bəlucistan əyalətində Xaş polis bölməsinə silahlı hücum olunub.

AYNA-nın APA-ya məlumatına görə, “Peugeot 405” markalı avtomobildə olan naməlum şəxslər bir neçə saat əvvəl Xaş şəhərinin 16-cı polis bölməsinə atəş açıblar.

 

Polis əməkdaşları hücum edən şəxslərə cavab atəşi açıb.

Sözügedən avtomobil hadisə yerindən yayınıb.

Atışma zamanı bir polis əməkdaşı yaralanıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş