Saxlanılan şəxslərdən xeyli sayda silah-sursat və əldəqayırma bombalar aşkarlanaraq götürülüb
İranda “Mossad”la əlaqədə şübhəli bilinən 35 nəfər saxlanılıb. AYNA.AZ-ın APA-ya istinadən xəbərinə görə, bu barədə İranın Kəşfiyyat Nazirliyi məlumat yayıb.
Məlumata görə, İranın 6 vilayətində terror aktları, separatçılıq və silah qaçaqmalçılığında ittiham edilən 35 nəfər saxlanılıb.
Saxlanılan şəxslərdən xeyli sayda silah-sursat və əldəqayırma bombalar aşkarlanaraq götürülüb.
Əməliyyatlar Xuzistan, Kürdüstan, Gilan, Kerman, Həmədan və Hörmüzqanda keçirilib.