İran hökuməti koronavirusla mübarizədə Rusiyadan kömək istəyib
İranda koronavirusdan daha 11 nəfər ölüb. AYNA xarici mediaya istinadən xəbər verir ki, bununla da bu ölkədə virusdan ölənlərin sayı 77-ə, xəstəliyə yoluxanların sayı isə 2336-a çatıb.
Vəziyyəti nəzərə alan İran hökuməti koronavirusla mübarizədə Rusiyadan kömək istəyib.
Bu barədə İranın Rusiyadakı səfiri Kazım Cəlali bildirib. Diplomat "Sputnik"in İranın COVID-19-la mübarizədə Rusiyadan kömək istəməsi barədə sualına cavabında, "Bəli, belə bir söhbət var", - deyib.
Kazım Cəlali İranda bu günə qədər 1500-dən çox insana yoluxan və 60-dan çox insanın ölümünə səbəb olan virusun qarşısının alınması istiqamətində göstərilən bütün yardımları alqışladığını bildirib: "Bütün ölkələrin, o cümlədən müttəfiqlərin humanitar yardımlarını alqışlayırıq".