İranda hücum nəticəsində məktəbdə ölənlərin sayı 170-ə çatıb

Dünya

02.03.2026 - 11:17

"ABŞ və sionist rejimin hücumları nəticəsində 170 şagird və müəllim həlak olub"

İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) 2 martda verdiyi məlumata görə, Vaşinqton və Təl-Əvivin hücumu nəticəsində İranda təxminən 170 şagird və müəllim həlak olub.

AYNA.AZ-ın məlumatına görə, SEPAH-ın “Telegram” kanalı xəbər verir ki, "ABŞ və sionist rejimin hücumları nəticəsində 170 şagird və müəllim həlak olub".

“Mizan” xəbər agentliyi daha əvvəl İsrail və ABŞ-ın 28 fevralda İranın Minab şəhərindəki məktəbə endirdiyi zərbə nəticəsində ölənlərin sayının 165-ə çatdığını yazmışdı.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş