İranda həlak olan generalların yerinə təyinatlar edilib

Dünya

13.06.2025 - 10:49

cedabet dərman SEO Xidməti

Həbibullah Sayarini Baş Qərargah rəisi, Əhməd Vahidi SEPAH komandiri təyin olunub

İranın Ali Rəhbəri Əli Xamenei admiral Həbibullah Sayarini İran Silahlı Qüvvələrinin müvəqqəti Baş Qərargah rəisi təyin edib. AYNA.AZ xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.

Bildirilib ki, yeni təyinata əsasən, general-mayor Əhməd Vahidi İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) yeni komandiri təyin edilib.

Xatırladaq ki, İsrailin gecə zərbəsi nəticəsində İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-leytenant Məhəmməd Baqiri və SEPAH baş komandanı, general-mayor Hüseyn Səlami həlak olub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş