İranda daha bir AES inşa edilir

Dünya

04.12.2022 - 03:42

AES-də istilik daşıyıcısı olaraq sudan istifadə ediləcək

İranın Xuzestan əyalətində yeni AES-in tikintisi başlayıb.

AYNA-nın APA-ya istinadla xəbərinə görə, təməlqoyma mərasimində vitse-prezident Məhəmməd Eslami də iştirak edib.

 

İnşaatı 8 ilə tamamlanacaq AES-də istilik daşıyıcısı olaraq sudan istifadə ediləcək. Lahiyənin dəyəri 2 milyard dollardır.

Müəllif: Ayna.az