İranda adam oğurluğuna görə 12 əfqan mühacir saxlanılıb

Xəbərlər

07.09.2024 - 17:56

cedabet dərman SEO Xidməti

Saxlanılan əfqanlar İranda mühacir olaraq yaşayırmış

İranın Hörmüzqan əyalətində uşaq və yeniyetmələri oğurlamağı planlaşdırmaqda şübhəli bilinən Əfqanıstanın 12 vətəndaşı saxlanılıb.

AYNA xəbər verir ki, məlumatı “Radiofərda” yayıb.

Bildirilib ki, əməliyyatı İran İnqilabı Keşikçilər Qvardiyası həyata keçirib.

Məlumata görə, saxlanılan əfqanlar İranda mühacir olaraq yaşayırmış.

Yerli müşahidəçilərin sözlərinə görə, bu hadisə əfqanların İrandan çıxarılması üçün çoxsaylı bəhanələrdən də ola bilər. Çünki Tehran hakimiyyəti son zamanlar əfqan mühacirləri müxtəlif səbəblərlə ölkədən çıxarır. Bununla onların Əfqanıstandakı “Taliban” hökumətinə təzyiq etdikləri də bildirilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş