İranda 5.2 bal gücündə zəlzələ olub

Dünya

24.05.2020 - 19:25

Ölü, yaralı və dağıntılar barədə açıqlama verilməyib

 

İranın cənub-qərbindəki  Kohqiluyə və Buyer Əhməd əyalətinin Doqonbedan qəsəbəsində 5,2 bal gücündə zəlzələ olub. AYNA xarici KİV-ə istinadən bildirir ki, Tehran Universitetinin Seysmoloji Mərkəzinin məlumatına görə, zəlzələ bu gün yerli vaxtla saat 13:41-də baş verib.

 

Zəlzələnin 10 kilometr dərinlikdə baş verdiyi qeyd edilib. Fars, Buşəhr və Xuzistan əyalətlərində də hiss edilən zəlzələdə ölü, yaralı və dağıntılar barədə açıqlama verilməyib.

Müəllif: Ayna.az