İrana keçməyə çalışan 40 mindən çox əfqanıstanlı miqrant həbs edilib

Dünya

28.10.2023 - 16:52

cedabet dərman SEO Xidməti

Əcnəbi vətəndaşlar qeyri-qanuni yollarla İrana daxil olmağa cəhd ediblər

İranın Pakistan və Əfqanıstanla sərhədlərində 40 509 qeyri-qanuni əfqanıstanlı miqrant həbs edilib.

AYNA İRNA-ya istinadən xəbər verir ki, bu barədə İranın cənub-şərqindəki Sistan və Bəlucistan əyalətinin sərhəd-mühafizə polisi komandiri Reza Şojaei açıqlama verib.

Onun sözlərinə görə, əcnəbi vətəndaşlar ortaq sərhədlər vasitəsilə qeyri-qanuni yollarla İrana daxil olmağa cəhd ediblər.

R.Şocai sərhəd təhlükəsizliyinin qorunmasının onun sərhəd mühafizə qüvvələri üçün əsas prioritet olduğunu vurğulayıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş