İran Yaxın Şərqdəki bankları qanuni hədəf elan edib

Dünya

11.03.2026 - 16:40

İran Birgə Hərbi Komandanlığı Yaxın Şərqdəki bankları və maliyyə qurumları hədəf seçib

İran Yaxın Şərqdəki bankları və maliyyə qurumları hədəf seçib. AYNA.AZ “Associated Press”ə istinadən bildirir ki, bu barədə İranın Birgə Hərbi Komandanlığının məlumatında qeyd edilib.

Bu açıqlama İran mediasının Tehranda İsrail-Amerika hava hücumları nəticəsində bank işçilərinin öldüyü barədə məlumatından sonra verilib.

“İrandan verilən bu açıqlama xüsusilə bir çox beynəlxalq maliyyə qurumlarının yerləşdiyi Dubayı (BƏƏ), eləcə də Səudiyyə Ərəbistanı və Bəhreyni risk altına qoyur”, - deyə nəşr yazıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş