İran XİN başçısından ABŞ-a çağırış

Dünya

31.08.2023 - 15:44

cedabet dərman SEO Xidməti

Abdullahian ABŞ ordusuna Yaxın Şərq regionunu tərk etməyi tövsiyə edib

“Birləşmiş Ştatlar region xalqlarına əziyyət verməkdən əl çəkməlidir. Biz ABŞ hərbçilərinə gəldikləri yerə qayıtmağı tövsiyə edirik”. AYNA xarici mediaya istinadən bildirir ki, bu sözləri İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian Dəməşqdə suriyalı həmkarı Feysal Mikdad ilə keçirdiyi mətbuat konfransında deyib.

XİN başçısı ABŞ ordusuna Yaxın Şərq regionunu tərk etməyi tövsiyə edib.

“Region ölkələrini birləşdirən əlaqələri heç kim kəsə bilməz. Suriya regionda əsas dövlətdir və biz buna göz yuma bilmərik”, - Abdullahian əlavə edib.

Onun sözlərinə görə, İran Suriya və digər ərəb ölkələri ilə münasibətlərin bərpasını yüksək qiymətləndirir.

XİN başçısı həmçinin vurğulayıb ki, Səudiyyə Ərəbistanına səfəri zamanı krallığın rəsmiləri Ər-Riyadın Dəməşqlə əlaqələri inkişaf etdirməyə çalışdığını bəyan ediblər: “Biz Suriyanın təhlükəsizliyi ilə bağlı məsələləri və ABŞ-ın terrorizmi canlandırmaq cəhdlərini, habelə onların Suriya ərazisində olması məsələsini müzakirə etdik. Biz vəziyyət sabitləşənə qədər Suriya hakimiyyətinə, ordusuna və xalqına dəstəyimizi davam etdirəcəyik".

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş