İran və Rusiya prezidentləri Aşqabadda görüşüblər

Dünya

11.10.2024 - 16:10

Həkimlər Klinikalar SEO Xidməti

“Ümid edirəm ki, biz bu razılaşmanı Rusiyada keçiriləcək BRİKS sammitində yekunlaşdıracağıq”

İran Prezidenti Məsud Pezeşkian Rusiya Prezidenti Vladimir Putinlə Aşqabadda görüşüb. AYNA İSNA-ya istinadən bildirir ki, görüşdə Pezeşkian oktyabrın 22-24-də Kazanda keçiriləcək BRİKS sammitində Rusiya ilə strateji tərəfdaşlıq sazişinin yekunlaşmasına ümid etdiyini bildirib.

“Ümid edirəm ki, biz bu razılaşmanı Rusiyada keçiriləcək BRİKS sammitində yekunlaşdıracağıq”, - İran Prezidenti deyib.

Pezeşkian onu da vurğulayıb ki, iqtisadi və mədəni baxımdan Rusiya ilə İran arasında münasibətlər “hər gün daha da güclənir və güclənir”.

“Rusiya ilə münasibətlərimiz səmimi və strateji xarakter daşıyır”, o əlavə edib.

Müəllif: Ayna.az