İran və Oman Hörmüz boğazının tranzit rejimini müzakirə edirlər

Dünya

28.07.2026 - 11:44

“Biz və Oman Hörmüz boğazının təhlükəsizliyi və gəmilərin oradan keçməsi üçün tranzit rejimi ilə bağlı qərarlar qəbul edirik"

İran və Oman Hörmüz boğazından tranzit üçün rüsum barədə qərar verəcəklər. AYNA.AZ xəbər verir ki, bu barədə İranın Moskvadakı səfiri Kazem Cəlali TASS-a bildirib.

Cəlali izah edib ki, "İslam Respublikası hakimiyyəti və Xarici İşlər Nazirliyinin qeyd etdiyi kimi, biz və Oman Hörmüz boğazının təhlükəsizliyi və gəmilərin oradan keçməsi üçün tranzit rejimi ilə bağlı qərarlar qəbul edirik".

Diplomat vurğulayıb ki, hazırda İran və Oman danışıqlar aparırlar.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş