Tehran Dəməşqdəki səfirliyinin fəaliyyətini bərpa etmək üçün diplomatik məsləhətləşmələr aparır
Rəsmi Tehran ölkənin Dəməşqdəki səfirliyinin fəaliyyətini bərpa etmək üçün diplomatik məsləhətləşmələr aparır.
AYNA “Mehr” agentliyinə istinadən xəbər verir ki, bu barədə İran hökumətinin mətbuat katibi Fatimə Mohacerani bildirib.
“İran rəsmiləri Suriyadakı hadisələrlə bağlı öz mövqelərini artıq bəyan etdikləri üçün biz Suriya xalqının qəbul etdiyi hökuməti qəbul edirik”, o qeyd edib.