Qərb dövlətinin rəsmiləri ilin sonunadək Rusiyanın silahları qəbul edəcəyinə inanırlar
İran hakimiyyəti Ukraynaya qarşı müharibədə istifadə etmək üçün Rusiyaya minə yaxın əlavə silah, xüsusən də hücum pilotsuz təyyarələri və ballistik raketlər göndərməyə hazırlaşır.
AYNA-nın xəbərinə görə, CNN İranın silah proqramına nəzarət edən Qərb dövlətinin rəsmilərinə istinadən yazır ki, bu, Rusiyaya ilk dəfə olaraq qabaqcıl dəqiqliklə idarə olunan raketlər göndərildiyi üçün İrandan gələcək göndəriş diqqətlə izlənir.
Kanalın həmsöhbətləri Rusiyanın ilin sonuna qədər silahları qəbul edəcəyinə inanırlar.
Qeyd edək ki, avqust ayında İranın Rusiya Federasiyasına 1000 pilotsuz təyyarə satdığı məlum olub. Maraqlıdır ki, İran tərəfi Rusiyaya pilotsuz təyyarələrin satışını inkar edir.
Oktyabrın 11-də Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın İrandan 2400 kamikadze dron sifariş etdiyini bildirib. Daha sonra “Reuters” yazıb ki, İran hakimiyyəti Rusiya Federasiyasına ballistik raketlər və daha çox pilotsuz uçuş aparatları ötürməyə razılaşıb.