Ölkənin bütün səviyyələrində hakimiyyət orqanları cavabın forması, üsulu və vaxtı ilə bağlı müzakirələr aparır
İran hakimiyyəti ABŞ-ın zərbələrinə bütün mümkün cavabları nəzərdən keçirir. AYNA.AZ xəbər verir ki, bu barədə İran təhlükəsizlik sahəsindəki mənbə “RİA Novosti”yə bildirib.
Mənbənin sözlərinə görə, ölkənin bütün səviyyələrində hakimiyyət orqanları cavabın forması, üsulu və vaxtı ilə bağlı müzakirələr aparır.
"İran Parlamenti artıq hökumətə Hörmüz boğazını bağlamaq üçün mandat verib, lakin hələlik yekun qərar verilməyib", - mənbə qeyd edib.