İran Kiprə nota verib

Dünya

17.12.2025 - 13:31

Kipr və BƏƏ rəsmilərinin birgə bəyanatı İranın daxili işlərinə qarışmaq kimi qiymətləndirilib

Kipr və BƏƏ rəsmilərinin birgə bəyanatından sonra Kiprin İrandakı səfiri Petros Nakouzis İran Xarici İşlər Nazirliyinə çağırılıb. AYNA.AZ xarici mediaya istinadən xəbər verir ki, rəsmi Tehtran bu bəyanatı İranın daxili işlərinə müdaxilə kimi qiymətləndirib.

Görüş zamanı İranın xarici işlər nazirinin müavini və Körfəz işləri üzrə baş direktoru Məhəmməd Əlibək diplomata etiraz notası təqdim edib.

"Səfirə bildirilib ki, Əbu Musa, Böyük Tunb və Kiçik Tunb adaları İran ərazisinin ayrılmaz hissəsidir və ölkənin onlar üzərində tarixi, faktiki və mübahisəsiz suverenliyi şübhəsizdir. İran hər hansı ərazi iddialarını qəti şəkildə rədd edir və bu cür bəyanatları milli suverenliyə və dövlətlərin ərazi bütövlüyünə hörmətin fundamental prinsiplərinin pozulması kimi qiymətləndirir", - deyə İran XİN-in açıqlamasında bildirilib.

XİN həmçinin Kipr hakimiyyətini dərhal səhvi düzəltməyə və gələcəkdə oxşar addımlar atmaqdan çəkinməyə çağırıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş