“İsrail rejimi Qəzza zolağına raket hücumlarını dayandırmasa...”
“Qəzza zolağında quru əməliyyatı başlasa, İsrail yeni cəbhələrin açılması ilə üzləşəcək”. AYNA xarici mediaya istinadən bildirir ki, bu sözləri İran Parlamentinin milli təhlükəsizlik və xarici siyasət komissiyasının sədr müavini İbrahim Əzizi deyib.
“İsrail rejimi belə bir addım atsa və Qəzza zolağına raket hücumlarını dayandırmasa, indiki kimi bir deyil, yeni cəbhələrin meydana çıxmasının şahidi olacaq”, deputat qeyd edib.
Onun sözlərinə görə, belə bir ssenari “İsrailin gücünün və dövlətçiliyinin süqutuna” gətirib çıxara bilər.
Bundan əvvəl İran İsrail quru əməliyyatına başlayarsa, müdaxilə etməyə hazır olduğunu bəyan edib. Bundan sonra ölkənin BMT-dəki daimi nümayəndəliyi açıqlama yayıb ki, Qüds İran ərazisinə hücum etməsə, İran ordusu İsrailin Qəzza zolağındakı quru əməliyyatına müdaxilə etməyəcək.