İran İsrailə PUA-larla hücuma keçib

Dünya

14.04.2024 - 00:18

İsrailin Hərbi Hava Qüvvələrinin müdafiə və hücum sistemləri döyüş hazırlığı vəziyyətinə gətirilib

İran İsrailə doğru onlarla pilotsuz uçuş aparatı ilə (PUA) hücum edib. AYNA xəbər verir ki, bu barədə "The Jerusalem Post" məumat yayıb.

KAN radiosu isə daha əvvəl bildirib ki, İran İsrailə pilotsuz təyyarə ilə zərbə endirib.

Eləcə də "Al Jazeera” ABŞ administrasiyasının nümayəndəsinə istinadən xəbər vermişdi ki, İran aprelin 14-də səhər saatlarında İslam Respublikasının Dəməşqdəki konsulluğuna hücuma cavab olaraq İsrailə hücum edə bilər.

Qeyd edək ki, İsrailin Hərbi Hava Qüvvələrinin müdafiə və hücum sistemləri döyüş hazırlığı vəziyyətinə gətirilib, onlarla təyyarə səmada, ABŞ ilə sıx koordinasiyadadır.

Müəllif: Ayna.az