İran İslam ölkələrini ABŞ-ı Yaxın Şərqdən çıxarmaq üçün əməkdaşlığa çağırıb

Dünya

08.04.2026 - 23:17

"Biz region ölkələri üçün təhlükə yaratmırıq və yaratmayacağıq”

İran regiondakı ərəb ölkələri üçün təhlükə yaratmır və ABŞ-ı Yaxın Şərqdən çıxarmaq üçün Tehranla əməkdaşlıq etməyi tövsiyə edir. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu barədə İran Silahlı Qüvvələrinin Xatəm əl-Ənbiya Mərkəzi Qərargahının bəyanatında qeyd edilib.

"Biz region ölkələri üçün təhlükə yaratmırıq və yaratmayacağıq. Biz müsəlman ölkələrinin hökumətlərinə və xalqlarına İran İslam Respublikasına etibar etməyi və regionda və dünyada əsas qeyri-sabitlik yaradan amil olan ABŞ ordusunu qovmaq üçün əməkdaşlıq etməyi tövsiyə edirik", - deyə bəyanatda qeyd olunub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş