İran-İraq sərhədində SEPAH-ın təlimləri davam edir

Dünya

12.08.2024 - 09:03

Həkimlər Klinikalar SEO Xidməti

Hərbi təlimlər avqustun 13-də başa çatacaq

İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) hərbi təlimləri avqustun 9-da İranın Kirmanşah vilayətində İraqla sərhəddə yerləşən Qəsre Şirin şəhəri yaxınlığında başlayıb. AYNA xəbər verir ki, bu barədə İRNA xəbər agentliyinə şəhər merinin müavini Morad Babahani bildirib.

Onun sözlərinə görə, təlimlər bölgədə “SEPAH qüvvələrinin döyüş hazırlığının artırılması” məqsədi daşıyır və avqustun 13-də başa çatacaq.

İran hakimiyyətinin bəyanatı Fələstinin HƏMAS hərəkatının Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin iyulun 31-də Tehranda öldürülməsi ilə bağlı Yaxın Şərqdə eskalasiya fonunda verilib. HƏMAS və İran Haniyənin ölümündə İsraili günahlandırıb və sərt cavab vəd edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş