İran Ermənistan və Gürcüstana yeni səfir təyin edib

Dünya

31.10.2025 - 08:39

Əli Mocani Gürcüstana, Xəlil Şirqulami Ermənistana səfir təyin edilib

İranın xarici işlər naziri Abbas Əraqçi Şərqi Azərbaycanda keçirilən iqtisadi diplomatiya üzrə konfranslarda Əli Mocanini və Xəlil Şirqulamini və İranın Gürcüstan və Ermənistandakı səfirləri kimi təqdim edib.

AYNA.AZ İRNA-ya istinadən bildirir ki, İranın XİN başçısı ölkədə diplomatiyanın əhəmiyyətindən danışaraq bildirib: "Qarşıdan gələn diplomatik görüşə parlament üzvlərini dəvət edəcəyik və ölkənin şimal-qərb əyalətlərindəki müxtəlif qurumların nümayəndələri qarşısında çıxış edəcəyik. Üç Qafqaz ölkəsindəki səfirlərimiz də dəvət olunacaq və sizə bildirmək istəyirəm ki, onlardan ikisi bu görüşdə iştirak edir: Əli Mocani Gürcüstana səfir təyin edilib, Xəlil Şirqulami tezliklə Ermənistana yola düşəcək".

Əli Mocani İran XİN-in arxiv və tarix şöbəsinin direktoru, eyni zamanda, İslam Respublikasının Almaniyadakı mədəniyyət müşaviri vəzifəsində işləyib.

Xəlil Şirqulami İran XİN-in Moskva Beynəlxalq Araşdırmalar Mərkəzinin (MCIS) Tədqiqat və Təhlil şöbəsinin müdiri olub. O Ermənistanda diplomatik missiyasını başa vuran Mehdi Sübhanini əvəz edəcək.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş