Mükafata amerikalı tədqiqatçı Klaudia Qoldin layiq görülüb
2023-cü il üçün iqtisadiyyat üzrə Nobel mükafatı amerikalı Klaudia Qoldinə verilib.
AYNA xəbər verir ki, Nobel Komitəsi oktyabrın 9-da amerikalı tədqiqatçı Klaudia Qoldinin Nobel mükafatına layiq görüldüyünü elan edib.
Qoldin bu mükafata “əmək bazarında qadınların rolu haqqında anlayışın təkmilləşdirilməsinə” görə layiq görülüb.