İmtahan Bakı şəhərində keçiriləcək və namizədlər üçün 2000 yer ayrılıb
Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən dövlət qulluğu vəzifələrinin B növünə aid olan BA və BB qruplarına uyğun vəzifələr üzrə dekabrın 19-da keçiriləcək test imtahanına qeydiyyat bu gün yekunlaşıb.
DİM-dən AYNA-ya bildirilib ki, imtahanda iştirak etmək üçün qeydiyyat dekabrın 8-i saat 17:00-dək aparılıb. İmtahan Bakı şəhərində keçiriləcək və namizədlər üçün 2000 yer ayrılıb. Bu gün saat 16:25-dək imtahanda iştirak etmək üçün 1902 (BA - 470, BB - 1432) nəfər qeydiyyatdan keçib.
İmtahanların başlanma saatı və yeri barədə məlumat imtahandan 5 gün əvvəl Mərkəzin saytına yerləşdiriləcək imtahana buraxılış vərəqəsində qeyd olunacaq.