İnşaat Kollecinə yeni direktor təyin olunub

Xəbərlər

18.02.2026 - 15:47

Şəhla Abbasova İnşaat Kollecinin direktoru təyin edilib

Şəhla Abbasova Azərbaycan Memarlıq və İnşaat Universitetinin nəzdində İnşaat Kollecinin direktoru vəzifəsinə təyin olunub və kollektivə təqdim edilib. AYNA.AZ xəbər verir ki, bu barədə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin sədri əmr imzalayıb.

Qeyd edək ki, Ş. Abbasova 2022-ci ildən son təyinatadək Xəzər Universitetinin Memarlıq və dizayn departamentinin müdiri vəzifəsində çalışıb, yerli və beynəlxalq elmi jurnallarda və konfranslarda bir sıra məqalələrlə çıxış edib.

Xatırladaq ki, fevralın 3-ü Namiq Çərkəz oğlu Ağamaliyev “İnşaat Kolleci” Publik Hüquqi Şəxsin direktoru vəzifəsindən azad edilmişdi.

İnşaat Kollecinə yeni direktor təyin olunub
Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş