İndoneziyada 5.6 bal gücündə zəlzələ olub
İndoneziyada zəlzələ zamanı ölənlərin sayı 162-yə çatıb. Onların əksəriyyəti uşaqdır.
AYNA xəbər verir ki, bu barədə yerli “Kompas” qəzeti məlumat yayıb.
Nəşrin xəbərinə görə, yaralıların sayı 612 nəfərdən çoxdur. Onların əksəriyyətinin vəziyyəti ağırdır.